Xarıbülbül yenə dünyanı Şuşanın seyrinə çağırır

 

 

12-14 may tarixində Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Mədəniyyət Nazirliyi, Heydər Əliyev FonduŞuşa Şəhəri Dövlət Qoruğunun təşkilatçılığı ilə V Xarıbülbül Beynəlxalq Folklor Festivalı keçiriləcək.

1989-1991-ci illərdə Şuşa şəhərində və digər Qarabağ bölgələrində keçirilən beynəlxalq musiqi festivalı 30 illik fasilədən sonra – 2021-ci ildə bərpa edilib.

Şuşa şəhərində 1989-cu ilin mayında keçirilən ilk Xarıbülbül festivalı məşhur xanəndə Seyid Şuşinskinin (1889-1965) 100 illik yubileyinə həsr olunmuşdu. Festivala yerli ifaçılarla yanaşı, Qırğızıstan, Qazaxıstan, Başqırdıstan (Rusiya Federasiyası), LitvaBelarusdan musiqi kollektivləri də qatılmışdı. Konsertlər Cıdır düzü meydanında qurulmuş yeddi məkanda keçirilmiş, tədbirin ilk günü Qarabağ atları üzərində yarışlar və güləş yarışları ilə də yadda qalmışdı.

1990-cı ildə Xarıbülbül festivalı beynəlxalq status alıb. Festivala Hollandiya, Almaniya, İsrail Türkiyədən folklor qruplarının dəvət olunması ictimaiyyətdə böyük marağa səbəb olub. Qarabağ münaqişəsinin başlaması ilə bağlı Şuşada ağır vəziyyət yarandığından əsas konsertlər Ağdamda təşkil edilib. Festivalın bir sıra konsertləri Bərdə və Ağcabədidə də keçirilib.

1991-ci ildə keçirilən III Xarıbülbül festivalına 25 ölkədən nümayəndələr qatılıb. ABŞ və Avstraliyadan rəssamlar da festivalda iştirak edib. Tamaşaçıların çoxluğu səbəbindən festivalın əsas konsertləri Ağdam şəhər stadionunda keçirilib.

II və III festivalların yekun konsertləri Bakıda indiki Heydər Əliyev Sarayında təşkil olunub.

Dördüncü festival 1992-ci ilin mayında keçirilməli idi. Dünyanın 30-dan çox ölkəsindən qonaqlar dəvət edilmişdi. Həmin ilin 8 mayında Qarabağın baş tacı Şuşa Ermənistan silahlı qüvvələri tərəfindən işğal ediləndən sonra təşkilat komitəsi festivalı ləğv etdi. Xarıbülbülün yurdu Şuşasız artıq bu festivalın önəmi qalmamışdı.

Xarıbülbül festivalı mədəniyyət paytaxtımızın 28 il sürən işğaldan azad edilməsindən sonra bərpa olundu. Azərbaycanın mədəniyyət paytaxtı yenə doğmalarını, qonaqlarını qarşıladı.

 

2021-ci il mayın 12-13-də Şuşanın Cıdır düzündə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən IV festivalın ilk günündə milli rəqs, muğam sənəti təqdim olundu. Azərbaycanın müxtəlif regionlarını milli azlıqları təmsil edən folklor kollektivlərinin konsertləri keçirildi, müxtəlif illərdə Şuşada lentə alınmış Azərbaycan xanəndələrinin ifalarından ibarət videoçarxlar nümayiş etdirildi. Festivalın ikinci günündə Azərbaycan bəstəkarlarının klassik musiqi əsərləri təqdim olundu. Konsertdə Azərbaycan Dövlət Simfonik Orkestri Azərbaycan Dövlət Xoru, həmçinin tanınmış vokal ifaçıları digər solistlər çıxış etdilər.

 

Xalqımızın mübarizə ruhunun, tarixi Zəfərinin rəmzi olan Xarıbülbül yenidən dünyanı Şuşanın seyrinə çağırır. V Xarıbülbül Beynəlxalq Folklor Festivalı mədəniyyət paytaxtımızın yeni növrağını, səsini dünyaya duyuracaq...

 

 

Mədəniyyət.- 2022.- 11 may.- S.1.