Barbarlığın mənzərəsi
Nyu-Yorkda “Agdam delenda est” adlı sərgi
keçirilib
Xəbər verildiyi kimi, mədəniyyət naziri Anar Kərimov ABŞ-a səfəri zamanı mayın 5-də, Nyu-York şəhərindəki qalereyaların birində “Agdam delenda est” adlı sərginin açılışında iştirak edib.
Sərgi İtaliyanın məşhur incəsənət xadimi, kurator, fotoqraf Fabrisio Konti tərəfindən təşkil edilib. Sərgidə Ermənistan ordusunun yerlə yeksan etdiyi Ağdam şəhərində, eləcə də Cəbrayıl, Füzuli, Şuşa və işğaldan azad olunmuş digər ərazilərdə çəkilmiş fotolar nümayiş olunub. Həmçinin Fabrisio Kontinin müəllifi olduğu elektron sərgi və 3D elektron tur da nümayiş etdirilib.
Sərgi Qarabağın işğal dövründə dağıdılmış muzeylərin, mədəniyyət ocaqlarının dünya ictimaiyyətinə tanıdılması, erməni barbarlığının mənzərəsini nümayiş etdirmək baxımdan böyük əhəmiyyət daşıyır.
Sərginin adı qədim Roma tarixinə aid edilən məşhur “Karfagen yerlə yeksan edilməlidir” – latınca “Carthago delenda est” ifadəsindən götürülüb.
Eramızdan əvvəl III-II əsrlərdə
finikiyalıların Karfagen şəhər-dövləti
(Şimali Afrika, indiki Tunis ərazisi) ilə
Aralıq dənizində hökmranlıq uğrunda
müharibələr aparan Roma
ard-arda iki dəfə
qalib gəlsə də, Karfagen
yenidən dirçəlməyi bacarmışdı. Bundan sonra Karfageni
darmadağın etməyi qarşıya məqsəd qoyan romalılar üçüncü
müharibədə şəhəri tamamilə
yandırıb, sonra da
torpağını şumlayıblar. Rəvayətə
görə, şumlanmış torpağa
duz səpilib ki, o bir daha
dirçəlməsin. O vaxtdan “Karfagen yerlə yeksan edilməlidir”
sözləri savaşda qəddarlıq və
vandalizmin ifadəsi kimi
“zərb-məsəl”ə çevrilib.
Erməni işğalçıları da
kabus şəhərə çevirdikləri
Ağdamda, eləcə də
darmadağın etdikləri digər şəhər və kəndlərdə
məhz bu cür
barbarcasına davranıblar...
Mədəniyyət.- 2022.- 11 may.- S.8.