Ustad tarzənin 75 illiyi qeyd olundu

 

Görkəmli tarzən, Xalq artisti, Dövlət mükafatı laureatı, professor Ramiz Quliyevin anadan olmasının 75 elmi-pedaqoji fəaliyyətinin 55 illiyi mayın 6-da Beynəlxalq Muğam Mərkəzində təntənəli mərasimlə qeyd edildi.

 

Yubiley axşamında Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) rektoru, Xalq artisti Fərhad Bədəlbəyli çıxış edərək Ramiz Quliyevin musiqi sənətimizə verdiyi töhfələrdən söz açdı. Bildirdi ki,  yubilyarla birlikdə müxtəlif ölkələrdə qastrol səfərlərində olub, konsertlərdə çıxış ediblər.

 

Milli Məclisin Elm təhsil komitəsinin sədri Bəxtiyar Əliyev tarzənin elmi-pedaqoji fəaliyyətindən, gənc ifaçıların yetişməsində böyük zəhmətindən bəhs etdi.

 

Yubilyarı təbrik edən akademik, millət vəkili Ziya Səmədzadə dedi: “Ramiz Quliyev ifaçılıq fəaliyyətində hər zaman qarşısında duran ali məqsədin həyata keçirilməsinəmilli xarakterlərin ruhun mümkün qədər düzgün, aydın geniş təcəssüm etdirilməsinə, tarın bütün xəlqi beynəlxalq keyfiyyətləri ilə tanıdılmasına yönəldib”.

 

Əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadə, Xalq artisti Mənsum İbrahimov, Milli Məclisin Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı da yubilyara təbriklərini çatdırdılar.

 

Qeyd edildi ki, ifaçılığa yenilik gətirmək, sənətdə özünəməxsus iz qoymaqyeni yaradıcılıq yolları axtarıb tapmaq istəyi Ramiz Quliyevin böyük amalı, həyat kredosu olub. O, çalışır ki, ürəyinin başında əzizlədiyi sədəfli tarı həmişə orkestr kimi əzəmətlə səslənsin, qəlbləri riqqətə gətirsin. Muğamları və bəstəkar əsərlərini yüksək ustalıqla geniş dinləyici kütləsinə çatdırması onun professionallığının göstəricisidir.

 

Yubilyarı təbrik üçün İsraildən Bakıya gələn musiqişünas Duşan Mixalek ilk dəfə Ramiz Quliyevin ifasını 1987-ci ildə Səmərqənddə dinlədiyini və həmin gündən də Azərbaycan tarına, onun sənətinə vurğun olduğunu dedi.

 

Tarzənin oğlu, Azərbaycan Dövlət Akademik OperaBalet Teatrının baş dirijoru, Əməkdar artist Əyyub Quliyev çıxış edərək tədbirin təşkilatçılarına təşəkkür etdi, sənətə gəlməsində atasının əməyindən söz açdı.

 

Çıxışlardan sonra tarzənin həyat və fəaliyyətini əks etdirən sənədli film nümayiş olundu.

 

Sonda Ramiz Quliyev çıxış edərək tədbirin təşkilatçılarına təşəkkür etdi. Bundan əvvəlki yubileylərini ana yurdu Ağdamsız keçirdiyini, bu gün isə həyatında ikiqat bayram olduğunu vurğulayan yubilyar Ali Baş Komandan İlham Əliyevə və şanlı Ordumuza minnətdarlığını ifadə etdi, şəhidlərimizə Allahdan rəhmət dilədi.

 

Lalə

 

Mədəniyyət.- 2022.- 11 may.- S.5.