Tanınmış jurnalist
Məzahir Süleymanzadə dünyasını dəyişib
Tanınmış jurnalist, Əməkdar mədəniyyət işçisi Məzahir Süleymanzadə mayın 10-da, 70 yaşında dünyasını dəyişib.
Məzahir Bəybala oğlu Süleymanzadə 1952-ci il dekabrın 22-də Bakıda anadan olub. 1970-ci ildə Şamaxı şəhərindəki 1 saylı orta məktəbi bitirib. 1974-1979-cu illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb.
“İdman” qəzetində xüsusi müxbir, “Kommunist” qəzetində müxbir, məsul katib, redaktor müavini vəzifələrində çalışıb. 1989-cu ildən müstəqil Azərbaycan mətbuatının ilk nəşrlərindən sayılan “Səhər” qəzetinin təsisçisi və baş redaktoru olub. 20-dək kitabın müəllifi, redaktoru və naşiridir.
1989-cu ildə Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı ilə təltif olunub. 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb.
Allah rəhmət eləsin.
Mədəniyyət.- 2022.- 13 may.-
S.6.