“Heydər Əliyev və ümumtürk
mədəni irsi” mövzusunda
kitab hazırlanır
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin türk mədəni irsinin qorunması və yaşadılması istiqamətində məqsədyönlü siyasəti unudulmaz dövlət xadiminin dəyərli xidmətlərindəndir. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Türk dünyasının böyük liderinin çoxşaxəli irsinin təbliği məqsədilə “Heydər Əliyev və ümumtürk mədəni irsi” adlı layihənin həyata keçirilməsi ilə bağlı iş aparılır.
Kitabın ideya və ön söz müəllifi fondun prezidenti Günay Əfəndiyevadır. Nəşrin məsləhətçisi, Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov eyni zamanda ulu öndər haqqında geniş təqdimat yazısını hazırlayıb.
Yekunlaşma üzrə olan kitabda
Heydər Əliyevin türk ölkələrinin
tanınmış mədəniyyət və incəsənət
xadimləri ilə görüşlərini, ziyalı nümayəndələrinin
onunla bağlı xatirələrini əks
etdirən fotolar da yer alır.
Mədəniyyət.- 2022.- 13 may.-
S.6.