Gəncədə Ələddin Abbasovun 100 illiyi qeyd olunub
Gəncə Dövlət Dram Teatrında uzun illər bu səhnədə çalışmış görkəmli aktyor, Xalq artisti Ələddin Abbasovun (1922-2014) 100 illik yubileyinə həsr olunan tədbir keçirilib.
Tədbirdə Gəncə RMİ-nin rəisi Vasif Cənnətov, Gəncə Dövlət Dram Teatrının direktoru Aqil Bəhramlı, Xalq artisti Məmmədəli Balayev, sənətkarın ailə üzvləri və teatrın kollektivi iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Gəncənin Fəxri xiyabanında Ələddin Abbasovun məzarını ziyarət edib, önünə tər çiçəklər düzüblər.
Daha sonra teatrın zalında davam edən mərasimdə sənət ocağının rəhbərliyi və kollektivi, o cümlədən ailə üzvləri, sənət yoldaşları aktyorun həyat və yaradıcılığı haqqında söz açıb, xatirələrini bölüşüblər.
Sonra Ələddin Abbasovun xatirəsinə həsr olunan, yazıçı Nüşabə Əsəd Məmmədlinin qələmə aldığı “Cavad xan” tarixi dramı nümayiş olunub.
Tamaşanın quruluşçu
rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, rejissoru Elşad Əhmədov,
rəssamı Mehdi Hüseynov,
geyim üzrə rəssamı Leyla Əliyeva, musiqi tərtibatçısı
Sevda Əliyevadır. Səhnə əsərində
Cavad xan
obrazını Əməkdar artist Elxan Abbasov, Mələknisə
Bəyim rolunu isə Xalq
artisti Pərvanə Qurbanova
canlandırıb.
Mədəniyyət.- 2022.- 18 may.-
S.4.