Kitab sənayesi üzrə işbirliyi Tehranda
müzakirə olunub
Xəbər verdiyimiz kimi, 11-21 may tarixində keçirilən 33-cü Tehran Beynəlxalq Kitab Sərgisində ölkəmiz də təmsil olunur.
Azərbaycan nümayəndə heyətinin rəhbəri, Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli Tehran Beynəlxalq Kitab Sərgisinin vitse-prezidenti, İran Kitab və Ədəbiyyat Evinin direktoru Ali Ramezani ilə görüşüb.
Görüşdə iki ölkə arasında kitab sənayesi və ədəbiyyat sahəsi üzrə qarşılıqlı əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə olunub.
Bakı və Tehran beynəlxalq kitab sərgilərində qarşılıqlı fəaliyyət və nəşriyyat evlərinin təmsil olunması, kitab sənayesi sektoru üzrə əməkdaşlıq, ədəbiyyat sahəsində əlaqələrin genişləndirilməsi, Azərbaycan və İran yazarlarının əsərlərinin tərcümə mübadiləsi müzakirə edilən əsas məsələlərdən olub.
Qeyd edək ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı
və ölkəmizin İrandakı səfirliyinin dəstəyi
ilə qurulan stenddə Azərbaycanın
mədəniyyətinə, tarixinə, ədəbiyyatına,
incəsənətinə dair 250-dən çox kitab, o cümlədən Qarabağ,
Şuşa, Vətən müharibəsi
və böyük
Azərbaycan şairi Nizami
Gəncəvi haqqında yeni çap olunmuş nəşrlər
nümayiş etdirilir.
Mədəniyyət.- 2022.- 18 may.-
S.2.