“Xarıbülbül” festivalı bütün xalqımıza xoş duyğular yaşadır”

 

 

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində üç gündür ki, V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı möhtəşəm musiqi bayramı keçirilir. Builki festival beynəlxalq miqyasda keçirilməsi ilə əlamətdardır. Festivalda dünyanın doqquz ölkəsindən qonağımız var. Proqram isə olduqca rəngarəng və əsrarəngiz çıxışlarla zəngindir.

Bu fikirləri Şuşada V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalında iştirak edən mədəniyyət naziri Anar Kərimov jurnalistlərə açıqlamasında bildirib: “Çalışdıq ki, bu il dünyanın bir neçə guşəsindən folklor kollektivlərini festivala dəvət edək. Beləliklə, bu festivalı dünyaya tanıtdıraq. Çox sevinirik ki, artıq ikinci ildir bu festivalı azad Şuşamızda qeyd edirik. Təbii ki, buna görə Ali Baş Komandan İlham Əliyev və şanlı Azərbaycan Ordusuna təşəkkür etməliyik. Çünki məhz Ali Baş Komandanımızın rəhbərliyi altında müzəffər Ordumuz Şuşanı azad edərək bu sevinciqüruru bizlərə bəxş etdi. Festival vasitəsilə həm şuşalılara, həm də bütün xalqımıza xoş duyğular yaşadırıq. Bir daha festivalın keçirilməsində əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm. Bu gün ulu öndər Heydər Əliyevin və şuşalı dahi şəxsiyyətlərimizin ruhu şaddır. Heydər Əliyev hər zaman arzu edirdi ki, azad Şuşamızda bu festivalı bərpa edək. Çox sevinir ki, Ali Baş Komandan İlham Əliyev bu vəsiyyəti yerinə yetirdi. Bundan sonra da bu tədbirləri azad, çiçəklənən Şuşamızda davam etdirəcəyik”.

 

Mədəniyyət.- 2022.- 18 may.- S.3.