“Şuşa
İli”nə həsr olunan muğam festivalı
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Şuşa İli” münasibətilə
Şuşa rayonu və digər bölgələrin
uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin
iştirakı ilə
muğam festivalı keçirilir.
İki mərhələdən
(I mərhələ regionlar
üzrə, II mərhələ
final mərhələsi) ibarət
festival 9-12 və 13-17 yaş
qrupları üzrə
keçirilir. Festivalın mayın 20-dək nəzərdə tutulan I mərhələsinin Bakı
Şəhər Mədəniyyət
Baş İdarəsi və regional mədəniyyət
idarələri tərəfindən
keçirilməsi nəzərdə
tutulub. Artıq Sabirabad, Kürdəmir, Ağstafa, İsmayıllı,
Ağcabədi, Ağdaş,
Biləsuvar, Lənkəran,
Masallı, Şəki,
Gəncə və Bərdə RMİ-lərin
tabeliyindəki uşaq
musiqi məktəblərində
hər iki yaş qrupunda xanəndəlik ixtisası
üzrə təhsil alan şagirdlər arasında seçim aparılıb.
Münsiflər heyətinin qərarına
əsasən, region mərhələsi
üzrə 1-ci yerlərin
qalibləri final mərhələsində
iştirak etmək hüququ qazanıblar. Festivalın
finalı Bakı şəhərində Qara
Qarayev adına
Mərkəzi İncəsənət
Məktəbində keçiriləcək.
Mədəniyyət.- 2022.- 20 may.-
S.4.