Bakı Beynəlxalq Piano Festivalı başlayır

 

20-27 may tarixində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 1-ci Bakı Beynəlxalq Piano Festivalı keçiriləcək. Festival müxtəlif ölkələrdən virtuoz pianoçulara özünü Bakı səhnəsində nümayiş etdirməyə imkan verəcək.

Mayın 19-da festivala həsr olunan mətbuat konfransı keçirilib. Festivalın təsisçisi direktoru, Əməkdar artist Şahin Növrəsli layihə barədə məlumat verib. Qeyd edib ki, paytaxtın musiqi salonlarında ümumilikdə 15-ə yaxın konsertin keçirilməsi nəzərdə tutulub. Konsertlərdə caz, flamenko, tanqo, klassik s. musiqilər ifa olunacaq.

Festival klassik musiqi ilə açılacaq. Filarmoniyada Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (dirijorXalq artisti Yalçın Adıgözəlov) müşayiəti ilə fransız pianoçu Remi Jenyenin ifasında Lüdviq van Bethovenin “Fortepiano orkestr üçün 5 nömrəli konsert”i səslənəcək.

 

Mədəniyyət.- 2022.- 20 may.- S.1.