Yeni adlar”ın konsert proqramları davam edir

 

Mayın 17-də Mədəniyyət NazirliyininYeni adlarlayihəsi çərçivəsində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında növbəti musiqi axşamı keçirildi.

 

Tamaşaçılar arasında Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət naziri Anar Kərimov, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev, mədəniyyət incəsənət xadimləri vardı.

 

Mədəniyyət NazirliyininMədəni gəncliklayihəsi üzrə Bakı Dövlət Universitetinin (BDU) tələbələri konserti izləməyə gəlmişdilər. Yeni adlar”ın budəfəki istedadları respublika beynəlxalq müsabiqələr laureatları Əziz Pənah (qoboy) Nərmin Nəcəfli (piano) idi. Musiqiçiləri Bakı Kamera Orkestri (dirijorƏməkdar artist Fuad İbrahimov) müşayiət edirdi.

 

Konsert proqramından əvvəl çıxış edən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Musiqi tarixi kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Minaxanım BabayevaYeni adlarMədəni gəncliklayihələri haqqında məlumat verdi. Bildirdi ki, hər iki layihənin məqsədi gənclərimizin mədəniyyətə olan marağını, yüksək mənəvi zənginliyini artırmaqdır: “Respublikamızda onun hüdudlarından kənarda fəaliyyət göstərən, təhsil alan, uşaq yaşlarından bəri musiqi sənətinin sirlərinə yiyələn gənclərYeni adlarlayihəsinə cəlb edilirlər. “Mədəni gəncliklayihəsinin məqsədi isə məhz Azərbaycan mədəniyyətinin, incəsənətinin zənginliyini respublikamızın ali təhsil ocaqlarında oxuyan tələbələrə aşılamaqdır”.

 

Sonra konsert proqramı təqdim edildi. Proqramda F.Mendelsonun 10 nömrəli simli simfoniyası, D.ÇimarozanınQoboy orkestr üçün konsert”i F.Şopenin “Fortepiano orkestr üçün 1 nömrəli konsert”i səsləndi. Orkestrin gənc musiqiçilərin ahəngdar çıxışları tamaşaçılar tərəfindən gur alqışlarla qarşılandı.

 

***

 

Əziz Pənah 2002-ci ildə Bakıda anadan olub. 2019-cu ildə Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbini qoboy sinfi üzrə bitirib. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında təhsil alıb. 2018-ci ildə Gürcüstanda keçirilən Y.Mikeladze adına orkestr alətləri üzrə gənc ifaçıların III Beynəlxalq müsabiqəsində Qran-pri mükafatına layiq görülüb. Həmin il Türkiyədə keçirilənHarmoniya” VII Beynəlxalq müsabiqəsində, Litvada təşkil olunanDünya harmoniyası” II Beynəlxalq müsabiqəsində, eləcə 2019-cu ildə Bakıda keçirilənDünya harmoniyasıbeynəlxalq müsabiqələrində Qran-pri mükafatını qazanıb. 2020-ci ildə İslam dünyası gənc klassik musiqi ifaçılarının IX Beynəlxalq müsabiqəsinin, həmin ildə İspaniyanın Barselona şəhərində keçirilənRus Alboradası” V Beynəlxalq müsabiqəsinin baş mükafatını qazanıb.

 

Ə.Pənah müxtəlif illərdə Oslo Filarmonik Orkestrinin solisti D.F.Ştrunkdan (Norveç) Almaniyanın Düsseldorf şəhərindəki R.Şuman adına Ali Musiqi Məktəbinin professoru R.V.Daaldan ustad dərsləri alıb.

 

Nərmin Nəcəfli 1996-cı ildə Bakıda anadan olub. 2014-cü ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbini bitirərək Almaniyanın Hannover şəhərindəki Musiqi, Dram Media Universitetinə qəbul olunub. 2018-2021-ci illərdə həmin universitetin magistr pilləsində təhsil alıb, 2021-ci ildən təhsilini doktorantura pilləsində davam etdirir. 2007-ci ildə adı Azərbaycanın gənc istedadlarınınQızıl kitabı”na yazılaraq Prezidentin xüsusi aylıq təqaüdünə layiq görülüb. 2013-cü ildə Gənclər İdman Nazirliyi tərəfindənGənclər mükafatı”, 2016-cı ildə Gənclər üçün Prezident mükafatı alıb.

 

N.Nəcəfli 2012-ci ildə Estoniyanın Narva şəhərində keçirilən F.Şopen adına 9-cu beynəlxalq müsabiqədə I yerə, İtaliyanın Seregno şəhərində təşkil olunan Gənc pianoçuların beynəlxalq müsabiqəsində II yerə, Böyük Britaniyanın Nyukasl şəhərində Gənc pianoçuların V Beynəlxalq müsabiqəsində I yerə, 2013-cü ildə Polşanın Şafarniya şəhərində Uşaq gənclərin XXI Beynəlxalq F.Şopen adına piano müsabiqəsində II yerə, 2017-ci ildə Qranada şəhərində (İspaniya) pianoçuların beynəlxalq müsabiqəsində xüsusi mükafata layiq görülüb.

 

Gənc pianoçu 2019-cu ildə Hannover Opera Teatrı Hannover Simfonik Orkestrinin (Almaniya) birgə keçirdiyi müsabiqədə qalib gələrəkNijinski Liebhaberlayihələrində iki mövsüm solist olaraq dəfələrlə orkestr ilə çıxış edib.

 

Nurəddin

 

Mədəniyyət.- 2022.- 20 may.- S.1;3.