Mədəniyyət Nazirliyində İran nazirinin müşaviri ilə görüş

 

 

Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev İran İslam Respublikasının mədəniyyət və islam irşadı nazirinin müşaviri Əbuzər İbrahim Torkmanla görüşüb.

Qonağı səmimi salamlayan Elnur Əliyev tarixən ölkələrimiz arasında mövcud olan və güclənən mədəni əlaqələrdən bəhs edib, o cümlədən ədəbiyyat sahəsində mənəvi bağlardan danışıb.

Görüşdə ölkələrimiz arasında dostluq, əməkdaşlıq münasibətinin bundan sonra da inkişaf edəcəyinə inam ifadə olunub, bu sahədə görülən işlər barədə fikir mübadiləsi aparılıb.

Əbuzər İbrahim Torkman Azərbaycan Mədəniyyət Nazirliyinin rəhbərliyini İran İslam Respublikasına rəsmi səfərə dəvət edib. Qonaq Qarabağda, xüsusən Şuşada keçirilən mədəni tədbirləri dəstəklədiklərini vurğulayıb, muzeylər, kitabxanalar, eləcə də digər mədəniyyət ocaqlarının bərpa və yenidənqurma işlərində yaxından iştirak etməyə hazır olduqlarını bildirib.

Görüş tərəfləri maraqlandıran məsələlərin müzakirəsi ilə davam edib.

 

Mədəniyyət.- 2022.- 20 may.- S.3.