Yuğ Teatrı Konyada “Min nəfəs, bir səs” festivalında
Azərbaycan Dövlət Yuğ
Teatrı Türkiyənin
Konya şəhərində 20-30 may tarixində keçirilən
14-cü “Min nəfəs, bir
səs” Beynəlxalq Teatr Festivalında iştirak edir.
Sənət ocağı festivala “Kloun Z” tamaşası ilə gedib. Matey Vişnekin
“Qoca kloun tələb olunur” pyesi əsasında hazırlanmış tamaşanın
quruluşçu rejissoru
Mikayıl Mikayılov,
quruluşçu rəssamı
Umay Həsənovadır.
Səhnə əsərində Natəvan Qeybani (Sarı), Zümrüd Qasımova (Qırmızı)
və Təranə Ocaqverdiyeva (Yaşıl) çıxış edirlər.
Festivalda
Qazaxıstan, Kosovo, Qaqauziya
(Moldova), eləcə də
Hollandiyadan kollektivlər,
İstanbul Dövlət
Teatrı və Van Dövlət Teatrı da iştirak edir.
Yuğ teatrının
“Kloun Z” tamaşası
mayın 23-də Konya Dövlət
Teatrının səhnəsində
nümayiş olunub.
Mədəniyyət.- 2022.- 25 may.-
S.2.