“Şərqdə doğan
ilk hürriyyət”
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində 28 May – Müstəqillik Gününə həsr olunmuş “Şərqdə doğan ilk hürriyyət” adlı tədbir keçirilib.
Əvvəlcə Dövlət himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Sevinc Mikayılova çıxış edərək Müstəqillik Gününün tarixi əhəmiyyətindən söz açıb. Muzeyin əməkdaşı Ümidə Hacıyeva 1918-ci ilin 28 mayında Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, Cümhuriyyətin tariximizdə yeri barədə məruzə ilə çıxış edib.
Tədbir konsert proqramı ilə davam edib. G.Şaroyev adına 35 nömrəli
onbirillik Musiqi məktəbinin direktoru Vəfa Həziyevanın rəhbərliyi ilə müəllim və şagird kollektivi müxtəlif musiqi nömrələri səsləndiriblər.
Sənətşünaslıq üzrə fəlsəfə
doktoru, xoreoqraf Afaq Hüseynovanın bədii rəhbərliyi altında Memarlıq və İnşaat Universiteti nəzdində fəaliyyət göstərən
“Buta” rəqs qrupu da öz
nömrələri ilə
konsertə qoşulub.
Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin,
Azərbaycan Dillər
Universitetinin tələbələri,
muzey əməkdaşları
iştirak ediblər.
Mədəniyyət.- 2022.- 25 may.-
S.2.