Beynəlxalq konfransın
iştirakçıları üçün
Şuşada ekskursiya
19-20
may tarixlərində Şuşada keçirilən
“Postmünaqişə dövründə humanitar gündəliyin
inkişafı: mədəni mühitin
canlandırılması yolu ilə davamlı inkişaf”
mövzusunda beynəlxalq konfransın bağlanış tədbirindən
sonra qonaqlar üçün şəhərə ekskursiya təşkil
edilib.
Müxtəlif ölkələrdən gəlmiş nümayəndələr otuz ilə yaxın sürən işğal dövründə Şuşa şəhərinin məruz qaldığı dağıntıların, mədəni irs nümunələrinə qarşı erməni vandalizminin şahidi olublar. Qonaqlar Şuşanın tarixi məkanlarında, qala divarları önündə, Cıdır düzündə xatirə şəkilləri çəkdiriblər.
Şuşada beynəlxalq konfrans çərçivəsində mədəni
proqram da təqdim olunub. Qonaqlar Azərbaycan xalq rəqsləri, muğam
və xalq musiqisi
nümunələrindən proqramı maraqla
izləyiblər.
Mədəniyyət.- 2022.- 25 may.-
S.4.