Türk dünyası mədəniyyətinin
birgə təbliği
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Bakıda səfərdə olan TÜRKSOY-un Baş katibi Sultan Raevlə görüşüb.
Görüşdə iki qardaş təşkilat arasında mövcud tərəfdaşlığın daha da genişlənməsi və Türk dünyasının zəngin mədəniyyətinin, tarixinin, irsinin təbliği yönündə birgə addımların atılması müzakirə olunub.
TÜRKSOY tərəfindən
2023-cü il üçün
Şuşa şəhərinin “Türk Dünyasının Mədəniyyət
Paytaxtı” elan edilməsinin əhəmiyyəti
nəzərə alınaraq, Beynəlxalq Türk
Mədəniyyəti və İrsi Fondu ilə TÜRKSOY-un
birgə əməkdaşlığı çərçivəsində
keçirilə biləcək tədbirlər barədə
fikir mübadiləsi aparılıb.
Mədəniyyət.- 2022.- 25 may.-
S.2.