Dövlət Xidməti ilə İCCROM arasında əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

 

 

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən “Postmünaqişə dövründə humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişafmövzusunda beynəlxalq konfransda Mədəni Mülkiyyətlərin Qorunması və Bərpasının Öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin (İCCROM) Baş direktoru Ebber Ndoro da iştirak edib.

 

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli konfrans zamanı İCCROM-un rəhbəri ilə görüşüb.

 

Söhbət zamanı Dövlət Xidməti ilə İCCROM arasında əməkdaşlığın qurulması, mədəni irs nümunələrinin qorunması və bərpası sahəsində təcrübə mübadiləsinin aparılması, bu məqsədlə təlim və seminarların birgə təşkili ilə bağlı məsələlər müzakirə olunub.

 

Mədəniyyət.- 2022.- 25 may.- S.2.