Müstəqillik əvəzsiz nemətdir

 

Mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 104 yaşı tamam olur. Bölgələrdəki mədəniyyət müəssisələrində 28 May – Müstəqillik Günü münasibətilə bir sıra tədbirlər keçirilib.

 

Ağcabədi Regional Mədəniyyət İdarəsi (RMİ) Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “Əbədi müstəqillik” adlı sərgi açılıb. Mayın 31-dək davam edəcək sərgidə Ağcabədi şəhər Üzeyir Hacıbəyli adına Uşaq incəsənət məktəbi, Ağcabədi Dövlət Rəsm Qalereyası və Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən dərnək üzvlərinin əl işləri nümayiş etdirilir.

 

***

 

Ağdaş RMİ Zərdab Rayon Tarix-Diyarşünaslıq Muzeyində “Müstəqilliyimiz əbədidir” adlı tədbir keçirilib.

 

***

 

Şəmkir RMİ Daşkəsən rayon Mədəniyyət Mərkəzinin filialı olan Quşçu kənd Folklor eviQuşçu kənd kitabxanasının birgə təşkilatçılığı ilə “Müstəqillik” adlı tədbir keçirilib.

 

***

 

Sabirabad RMİ Hacıqabul rayon Heydər Əliyev Mərkəzində “28 May – Müstəqillik Günü: müsəlman Şərqində ilk dünyəvi demokratik dövlətin – Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gün” adlı tədbir keçirilib. Tədbirdə Cümhuriyyətin tarixindən bəhs edən sənədli film nümayiş etdirilib.

 

***

 

Ağstafa RMİ Qazax şəhər 1 nömrəli Uşaq musiqi məktəbinin pedaqoji kollektiviBir kərə yüksələn bayraq, bir daha enməz!” başlıqlı tədbir keçirib. Tədbirdə məktəbin direktoru Çiçək Maşayeva çıxış edərək Cümhuriyyətin yaranması haqqında məlumat verib.

 

***

 

Bərdə RMİ Bərdə şəhər 3 nömrəli Uşaq musiqi məktəbi, 3 nömrəli şəhər klubu və Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin birgə təşkilatçılığı ilə “Nə şirin sözdür azadlıq” adlı tədbir təşkil olunub. Bərdə RMİ-nin rəisi Vəsilə Möhsümova çıxış edərək Cümhuriyyətin tarixindən söz açıb. Tədbir Bərdə şəhər 3 nömrəli Uşaq musiqi məktəbi müəllimlərinin ifasında rəngarəng musiqi nömrələri ilə davam edib.

 

***

 

Masallı RMİ Masallı Tarix-Diyarşünaslıq Muzeyində “Heydər Əliyev və Azərbaycan Xalq Cümhuriyyəti” mövzusunda dəyirmi masa təşkil olunub. Tədbirdə muzeyin və Masallı Dövlət Rəsm Qalereyasının əməkdaşları iştirak ediblər.

 

Mədəniyyət.- 2022.- 27 may.- S.4.