Azərbaycanfilm”in nəzdində Ekspert şurası yaradılıb

 

 

Dövlət dəstəyi ilə bədii, sənədli animasiya filmlərinin, digər audiovizual əsərlərin istehsalı, eləcə ssenari portfelinin formalaşdırılması üçün müsabiqələrin təşkilini həyata keçirmək məqsədilə Cəfər Cabbarlı adınaAzərbaycanfilmKinostudiyası nəzdində Ekspert şurası yaradılıb.

 

Kinostudiyadan bildirilib ki, kinoşünas, kinorejissor, Əməkdar incəsənət xadimi Ayaz Salayevin rəhbərlik edəcəyi Şuranın üzvləri Xalq artisti Mehriban Zəki, Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin Kinoşünaslıq ekran dramaturgiyası kafedrasının müdiri, dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirli, həmin kafedranın müəllimi, sənətşünas, kino redaktoru Nadir Bədəlov, dramaturq, ssenarist İsmayıl İmandır. Ekspert şurasının məsul katibi Leyla Vəzirzadədir.

 

Şura üzvlərinin səlahiyyət müddəti cari ilin sonuna qədərdir. Bu müddətdə kinostudiyada həyata keçiriləcək müsabiqələr Ekspert şurası üzvlərinin qərarı ilə qiymətləndiriləcək.

 

Mədəniyyət.- 2022.- 27 may.- S.5.