“Şahidə çevrilmiş şəhid”

 

 

Xaçmaz RMİ Heydər Əliyev adına Xaçmaz rayon Mədəniyyət Mərkəzi və Xaçmaz Xalq teatrının aktyor heyəti Zəfər Günü ərəfəsində “Şahidə çevrilmiş şəhid” tamaşasını təqdim edib.

Səhnə əsəri 1992-ci ildə Azərbaycanda baş verən siyasi, iqtisadi və mədəni hadisələri, həmçinin 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbəni özündə əks etdirir. Xaçmaz Xalq teatrının rejissoru İlham Tağıyevin quruluş verdiyi tamaşanın ssenari müəllifi Çingiz Ələsgərlidir.

Tamaşanın nümayişindən sonra Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev teatrın kollektivi ilə görüşüb, səhnə əsərini yüksək qiymətləndirib, kollektivə yaradıcılıq uğurları arzulayıb.

 

Mədəniyyət.- 2022.- 2 noyabr.- S.4.