Gül və zəhər” tamaşasına ictimai baxış

 

 

Oktyabrın 31-də Gəncə Dövlət Dram Teatrının açıq səma altında olan ikinci səhnəsində Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poemasından “İki loğmanın söhbəti” hekayəti əsasında “Gül və zəhər” tamaşasına ictimai baxış keçirilib.

Səhnələşdirəni Əməkdar incəsənət xadimi, mərhum şair Məmməd Alim (1949-2014) olan tamaşanın quruluşçu rejissoru Yusif Cəfərov, quruluşçu rəssamı Mehdi Hüseynov, işıq rəssamı Şöhrət Mahmudov, musiqi tərtibatçısı Ziyad Abbasovdur.

Baxışda Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Mədəniyyət.- 2022.- 2 noyabr.- S.4.