Gəncədə Türkiyə
Cümhuriyyətinin 99 yaşı qeyd olunub
Gəncə Regional Mədəniyyət İdarəsinin (RMİ) Məhsəti Gəncəvi Mərkəzində Türkiyə Cümhuriyyətinin elan olunmasının (29 oktyabr 1923) 99-cu ildönümü münasibətilə tədbir keçirilib.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Türkiyənin Gəncədəki baş konsulu Zeki Öztürk, Gürcüstanın Gəncədəki baş konsulu Nikoloz İaşvili, millət vəkili Pərvin Kərimzadə, Gəncə RMİ-nin rəisi Vasif Cənnətov, şəhər ictimaiyyətinin nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Baş konsul Zeki Öztürk və Gəncənin icra başçısı Niyazi Bayramovun çıxışlarından sonra Türkiyə Cümhuriyyətinin 99-cu ildönümünə həsr olunan videoçarx nümayiş etdirilib.
Sonda F.Əmirov adına Gəncə
Dövlət Filarmoniyasının solistləri, Əməkdar
mədəniyyət işçisi Mehparə
Cəfərova, Vasif Bayramovun
ifasında konsert proqramı təqdim olunub.
Mədəniyyət.- 2022.- 2
noyabr.- S.4.