YAP-ın
30 illiyinə həsr olunan tədbir
Yeni Azərbaycan Partiyasının
(YAP) təsis edilməsinin
(21 noyabr 1992-ci il) 30-cu ildönümü
münasibətilə Lənkəran
şəhər Heydər
Əliyev Mərkəzində
partiyanın Lənkəran
Regional Mədəniyyət İdarəsi (RMİ) Lənkəran
rayonu üzrə ərazi təşkilatının
tədbiri keçirilib.
Lənkəran RMİ-nin rəisi,
YAP-ın regional idarənin
Lənkəran rayonu üzrə ərazi partiya təşkilatının
sədri Şahin Şahbazov bildirib ki, ümummilli lider Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində
yaradılan partiya 30 illik zəngin və şərəfli inkişaf yolu keçib. Azərbaycanın ən güclü
və mütəşəkkil
siyasi qüvvəsi olan YAP bu gün
Prezident İlham Əliyevin sədrliyi ilə xalqımızı
uğurlara, qələbələrə
aparan yolun bələdçisi və
ən etibarlı, inamlı siyasi istinadgah yeridir.
YAP-ın Lənkəran
RMİ-nin Lənkəran
rayonu üzrə ərazi partiya təşkilatının sədr
müavini Anar Kəkəyev vurğulayıb
ki, ulu öndər
Heydər Əliyevin layiqli davamçısı
olan İlham Əliyev 2003-cü ildə
Prezident, 2005-ci ildə
isə YAP-ın sədri seçildikdən
sonra həm partiyanın həyatında,
həm də Azərbaycanın inkişafında
keyfiyyətcə yeni mərhələ başlayıb.
Sonda YAP-ın
fəaliyyətinə həsr
olunmuş videoçarx
nümayiş etdirilib.
Mədəniyyət.- 2022.- 2
noyabr.- S.4.