Gənclər Kitabxanasında “Creative Summer” layihəsi başa çatıb

 

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında üç ay davam edən “Creative Summer” layihəsinə yekun vurulub.

Layihə çərçivəsində 30-a yaxın gənc üçünAdope Photoshop” “Adobe İllustratorqrafik dizayn proqramları ilə bağlı təlim keçirilib.

Yekun tədbirdə çıxış edən Respublika Gənclər Kitabxanasının direktoru Aslan Cəfərov ölkəmizdə həyata keçirilən gənclər siyasətinin Azərbaycan gəncliyinin hərtərəfli inkişafı üçün geniş imkanlar açdığını vurğulayıb, bu imkanların təşviqinə xidmət edən layihələrin təqdirəlayiq olduğunu deyib.

Guys” (Gəncliyə dəstək üçün ümumi birlik) İctimai Birliyinin sədri Mübariz Quliyev 3 ay davam edən “Creative Summer” layihəsi haqqında məlumat verib. O, təlim zamanı gənclərin xüsusi fəallıq göstərdiyini, təcrübi dərslərdə həvəslə iştirak etdiklərini vurğulayıb. Mübariz Quliyev gələcəkdə də bu səpkili layihələrin davam etdiriləcəyini söyləyərək, Respublika Gənclər Kitabxanasına yaradılan şəraitə görə minnətdarlığını bildirib.

Freres WearMMC-nin həmtəsisçisi Nahid Babayev, “Binar School” proqramının rəhbəri Aydan Şahalıyeva müasir dövrdə qrafik dizayn proqramlarının əhəmiyyətindən, müxtəlif siyasi, iqtisadi, elmi, mədəni sahələrin təbliğat kampaniyalarında çox uğurlu vasitə olmasından bəhs ediblər.

Sonra təlimi uğurla başa vuranlara sertifikatlar təqdim edilib.

Qeyd edək ki, “Creative Summer” layihəsi “Guys” İctimai Birliyinin təşkilatçılığı, Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının Freres Wear” MMC-nin tərəfdaşlığı ilə “Binary School” proqramı çərçivəsində həyata keçirilib.

 

Mədəniyyət.- 2022.- 2 noyabr.- S.3.