“Abidələri qoruyan
xalq”
ATMU-nun dekanı
Türküstandakı konfransda məruzə
ilə çıxış edib
Qazaxıstanın Türküstan şəhərində “Abidələri qoruyan xalq” adlı beynəlxalq konfrans keçirilib.
Qazaxıstanın UNESCO və ICESCO üzrə Milli komissiyaları, Beynəlxalq Turizm və Qonaqpərvərlik Universiteti, Xoca Əhməd Yəsəvi adına Beynəlxalq Qazax-Türk Universiteti, İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırmaları Mərkəzi (IRCICA) və digər qurumların iştirakı ilə 26-28 oktyabr tarixində gerçəkləşən konfransın bölmə iclaslarında Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Turizm və qonaqpərvərlik fakültəsinin dekanı, dosent Bahadur Bilalov da iştirak edib.
ATMU-dan verilən məlumata görə, o, konfransın ikinci iş günündə “Azərbaycanda dini turizm obyektləri” mövzusunda məruzə edib, sonra isə yerli KİV üçün müsahibə verib. Konfransın işində iştirakına görə B.Bilalov Türküstandakı Beynəlxalq Turizm və Qonaqpərvərlik Universitetinin rektoru tərəfindən diplomla təltif edilib.
Konfransın sonunda “Müqəddəs obyektlərdə davamlı turizmin inkişafı” adlı Türküstan bəyannaməsi qəbul edilib.
Mədəniyyət.- 2022.- 2
noyabr.- S.6.