“İşğaldan azad olunmuş ərazilərdə
radioloji və kimyəvi risklər”
Xəbər verildiyi kimi, 28-29 oktyabr tarixlərində Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda (RPİ) “Şuşa İli”nə həsr olunmuş “İşğaldan azad olunmuş ərazilərdə radioloji və kimyəvi risklər” adlı respublika elmi-texniki konfrans keçirilib.
Konfransda işğaldan azad edilmiş ərazilərdə radiasiya təhlükəsizliyi istiqamətində aparılmış tədqiqatlardan danışılıb, bu sahədə RPİ alimlərinin fəaliyyətinə diqqət yetirilib.
Elmi konfransın yekun iclası oktyabrın 29-da Şuşa şəhərində gerçəkləşib. İclasda əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir iştirakçılarına Azərbaycan Ordusunun 44 günlük Zəfər yolu, eləcə də Şuşa şəhərinin tarixi barədə məlumat verilib.
Cıdır düzündə keçirilən bağlanış mərasimində konfransa təqdim olunan mövzular üzrə gələcəkdə aparılacaq tədqiqatlarla bağlı fikir mübadiləsi aparılıb, təklif və tövsiyələr səsləndirilib.
Daha sonra RPİ-nin
rəhbərliyi və əməkdaşları, konfransın təşkilat
komitəsinin üzvləri, eləcə də tədbirdə iştirak edən müvafiq
dövlət qurumlarının nümayəndələri Şuşa qalasını, Molla
Pənah Vaqifin məqbərəsini, Xurşidbanu Natəvanın evini
ziyarət ediblər.
Mədəniyyət.- 2022.- 2
noyabr.- S.3.