Tarixi abidələrin bərpası üzrə proqram həyata keçirilib

 

Bakıda tarixi abidələrin bərpası ilə bağlı “maktab” tədris proqramı həyata keçirilib.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib ki, alman bərpaçı, elmlər doktoru Corc Gilbertin rəhbərliyi ilə dövlət və özəl sektorun 40-dan çox nümayəndəsi, tələbə və fiziki şəxslər üç gün ərzində konservasiya və bərpa işləri üzrə nəzəri biliklərə yiyələnib, İçərişəhər qoruğunun abidələri timsalında dövlət tərəfindən aparılan bərpa işləri ilə tanış olublar.

Qeyd edək ki, “Tarixi abidələrin bərpası – MakTAB” məktəbi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Avstriyanın “Atelier Erich Pummer GmbH” şirkəti, Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Dövlət Turizm Agentliyi və Azərbaycan Memarlıq və İnşaat Universitetinin birgə səyi və təşəbbüsü ilə görülən çoxsaylı işlərə öz dəstəyini göstərmək məqsədilə yaradılıb.

Azərbaycanda bərpaçıları təlimə cəlb edərək onlara tarixi abidələrin konservasiyası istiqamətində əlavə biliklər aşılamaq da layihənin əsas məqsədlərindəndir.

 

Mədəniyyət.- 2022.- 2 noyabr.- S.3.