Hüseyn Cavid yaradıcılığında fəlsəfi əsaslar”

 

Mütəfəkkir ədibin 140 illiyinə həsr olunan respublika elmi konfransı

 

 

AÌÅÀ-nın Fəlsəfə və Sosiologiya İnstitutundaHüseyn Cavid yaradıcılığında fəlsəfi əsaslar” mövzusunda respublika elmi konfransı keçirilib.

AMEA-dan bildirilib ki, elmi konfrans dahi Azərbaycan şair-dramaturqu, mütəfəkkir Hüseyn Cavidin (1882-1941) 140 illik yubileyinə həsr olunub.

Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, professor İlham Məmmədzadə Hüseyn Cavidin fəlsəfi və fikir tariximizdəki yeri haqqında məlumat verib. O, dramaturqun yaradıcılığına nəzər salaraq bildirib ki, Cavid XX əsr romantik ədəbiyyatın filosof şairidir. Onun yaradıcılığı Azərbaycan romantizmində özünəməxsus yer tutur. Lakin sovet ideologiyası Hüseyn Cavid romantizminin fəlsəfi dərinliyini təhlil etməyə və dərindən öyrənməyə imkan vermirdi.

İnstitutun icraçı direktoru Eynulla Mədətli “Heydər Əliyevin Hüseyn Cavid irsinə münasibəti” mövzusunda çıxış edib. E.Mədətli ulu öndər Heydər Əliyevin hər zaman milli-mənəvi dəyərlərə önəm verdiyini bildirib: “Heydər Əliyev Hüseyn Cavid yaradıcılığını, onun həyat və mübarizəsini, müasir Azərbaycan ədəbiyyatında oynadığı müstəsna rolu özünəməxsus məntiq və məhəbbətlə ətraflı təhlil edib dəyərləndirirdi”.

KonfransdaHüseyn Cavid və sənət”, “Hüseyn Cavidin türkçülük fəlsəfəsinin əsasları”, “20-50-ci illərdə Hüseyn Cavid yaradıcılığına münasibət” mövzularında məruzələr dinlənilib, böyük mütəfəkkirin fəlsəfi görüşləri ətraflı təhlil edilib.

 

Mədəniyyət.- 2022.- 2 noyabr.- S.3.