Yeni adlar”da piano violonçelin dueti

 

Mədəniyyət Nazirliyi milli musiqimizin qorunması, ifaçılıq sənətinin inkişafı təbliği istiqamətində mühüm layihələr həyata keçirir. Bu layihələr Azərbaycan musiqi mədəniyyətinin gənclər arasında təbliğini, musiqi estetik zövqünün formalaşmasına dəstək olmağı hədəfləyir, istedadlı gənclərin üzə çıxmasına təkan verir, onların geniş auditoriyada tanınmasına yardımçı olur. Nazirliyin bu ilin mart ayından reallaşdırdığıYeni adlarlayihəsi onlardan biridir.

Oktyabrın 28-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik FilarmoniyasındaYeni adlarlayihəsinin növbəti konserti keçirildi.

Musiqi axşamında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (dirijorOrxan Həşimov) müşayiəti ilə gənc musiqiçilərrespublika beynəlxalq müsabiqələr laureatları Vaqif Qurbanov (violonçel) Elxan Niftiyev (piano) maraqlı proqramla çıxış etdilər.

Musiqi axşamının tamaşaçıları arasında Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Mədəniyyət Nazirliyinin İncəsənət qeyri-maddi mədəni irs şöbəsi Musiqi sektorunun müdiri Vüqar Hümbətov, mədəniyyət incəsənət xadimləri, musiqisevərlər vardı.

Konsertdə Vaqif Qurbanovun ifasında Yozef HaydnınViolonçel orkestr üçün konsert”i, Elxan Niftiyevin təqdimatında isə Ferents Listin “Piano orkestr üçün konsertəsərləri alqışlarla qarşılandı. İstedadlı gənclər hər iki əsərin yüksək peşəkarlıqla tamaşaçılara çatdırılması üçün məharətlərini ortaya qoydular.

***

Vaqif Qurbanov 2006-ci ildə Bakı şəhərində dünyaya göz açıb. 2012-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin cello ixtisasına qəbul olunub. Hazırda həmin məktəbin XI sinfində təhsil alır. Təhsil aldığı illərdə bir çox müsabiqələrdə iştirak edən musiqiçi 2018-ci ildə ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr edilmiş III Respublika müsabiqəsində I yerə layiq görülüb. Bununla yanaşı, “Gələcəyin ulduzları” (Future Stars) IX Beynəlxalq klassik musiqi müsabiqəsi “World Harmony” beynəlxalq müsabiqəsində I yeri qazanıb.

Gənc ifaçı Azərbaycandan kənarda da nailiyyətlər əldə edib. Yunanıstanda keçirilən “Stars of Greece” beynəlxalq müsabiqəsi, Çexiyada “Spring Symphony” müsabiqəsi Ukraynada təşkil olunanSozvezdiye Europe-Asia –2021” beynəlxalq festivalında Qran-priyə layiq görülüb. O, həmçinin İtaliyada keçirilənRacconto Di Primavera”, İspaniyada “World Art Games”, Rusiyada “Radio Golos Planeta”, “Zvezda efira”, Polşada “King’s peak international music competition”, “Rapsodia Polskamüsabiqələri Finlandiyada təşkil olunan “Nordic Fest – 2021” festivalında I yerləri qazanıb.

Yeni adlar”ın digər iştirakçısı Elxan Niftiyev 1998-ci ildə Lənkəran şəhərində anadan olub. 2016-cı ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbini piano sinfi üzrə fərqlənmə ilə bitirib. 2016-2020-ci illərdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında bakalavr, 2020-2022-ci illərdə isə magistr pilləsi üzrə təhsil alıb.

Elxan Bülbül adına məktəbdə təhsil aldığı illərdə (2009-2012) Pianoçuların Respublika müsabiqəsinin laureatı olub. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında təhsil aldığı dövrlərdə isə bir neçə dəfə solo konsert verib. Pianoçu 2017-ci ildə IX Qəbələ Beynəlxalq Musiqi Festivalında, eləcə XII Qəbələ Musiqi Festivalında çıxış edib.

Elxan Niftiyev Estoniyada keçirilən Şopen adına pianoçuların beynəlxalq müsabiqəsində, İngiltərədə pianoçuların beynəlxalq müsabiqəsində, Fransada Adilə Əliyeva adına pianoçuların beynəlxalq müsabiqəsində laureat olub.

 

Nurəddin

 

Mədəniyyət.- 2022.- 2 noyabr.- S.5.