Fikrət Əmirovun 100 illiyi UNESCO-da qeyd olunacaq

 

 

2022-ci ildə dünya şöhrətli Azərbaycan bəstəkarı Fikrət Əmirovun (1922–1984) anadan olmasının 100 illiyi tamam olur yubileyə həsr edilmiş silsilə tədbirlər keçirilir.

Məlum olduğu kimi, ötən il (9-24 noyabr) Parisdə keçirilən UNESCO-nun 41-ci Baş Konfransı çərçivəsində Fikrət Əmirovun 100 illiyi təşkilatın 2022-2023-cü illər üzrə yubileylər proqramına daxil edilib.

Noyabrın 3-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin UNESCO-nun birgə təşkilatçılığı ilə Parisdə, UNESCO-nun mənzil-qərargahının konsert zalında Fikrət Əmirovun 100 illik yubileyinə həsr edilmiş musiqi axşamı keçiriləcək.

Konsertdə Xalq artisti, dirijor Fəxrəddin Kərimovun rəhbərliyi altında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, SSRİ Azərbaycan Respublikasının Xalq artisti Fərhad Bədəlbəyli, Əməkdar artistlər Səbinə Əsədova, Babək Niftəliyev, gənc müğənnilər Selcan Nəsibli, Orxan Cəlilov çıxış edəcəklər. Proqrama bəstəkarınAzərbaycan kapriççiosu”, “Gülüstan Bayatı-Şiraz”, “Azərbaycan süitası”, Fikrət Əmirov ilə Elmira Nəzirovanın həmmüəllif olduqlarıƏrəb mövzuları əsasında fortepiano konserti”, bəstəkarınŞeyx Sənan” (Hüseyn Cavid) tamaşası üçün yazdığı məşhurKor ərəbin mahnısı”, “Azərbaycan ellərivokal inciləri digər əsərlər daxildir. Yubiley konsertinin rejissoru Əməkdar incəsənət xadimi Ülviyyə Könüldür.

 

 

Mədəniyyət.- 2022.- 2 noyabr.- S.1.