Azərbaycan və Türkiyə sənətçilərinin
“Qardaşlıq salnaməsi” konserti
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan və Türkiyənin tanınmış sənətçilərinin iştirakı ilə -+ və Türkiyənin Cümhuriyyət Bayramına (29 oktyabr) həsr edilən “Qardaşlıq salnaməsi” adlı konsert keçirildi.
Oktyabrın 31-də Azərbaycan Mədəniyyət Nazirliyi ilə Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı və iki ölkənin bir sıra qurumlarının dəstəyi ilə gerçəkləşən gecədə elm, ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, digər qonaqlar iştirak edirdi.
İlk olaraq ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Türkiyədə fəaliyyət göstərən “Xəzər” Folklor, Təhsil və Araşdırma Mərkəzinin (“Hazarfem” dərnəyi) rəhbəri Nuran Acar çıxış edərək konsertin təşkilində əməyi olan qurumlara təşəkkürünü bildirdi.
Daha sonra söz musiqiyə verildi.
Konsertdə Xalq artistləri
Nəzakət Teymurova,
Teyyub Aslanov, Əməkdar artistlər Firuz Səxavət, Ehtiram Hüseynov, qardaş ölkədən
TRT-nin solistləri Dünya Tekin, Özlem Üngör, Zafer Albayrak, İlker Gökkaya, Türkiyə Mədəniyyət
və Turizm Nazirliyinin solisti Mustafa Gökay Ferah, Türkiyədən digər
sənətçilər Gökhan
Karakaya və Mustafa Acar öz ifaları
ilə gecəyə toplaşanların könüllərini
oxşadılar.
Musiqiçilər tərəfindən “Şuşanın dağları”,
“Qaragözlər hoyratı”
(uzun hava), “Dön bəri, dön, üzünü görüm”, “Uzun, incə bir yoldayam”,
“Bağçada yaşıl
çinar”, “Yandırdın
qəlbimi...”, “Gəz,
oğlum”, “Xudayar təsnifi”, “Hey, gidi Qara dəniz”, “Baharımsan”, “Bu qala daşlı qala”, “Cənnətim Qarabağ”,
“Bəri bax”, “Biz”, “Çırpınırdın, Qara
dəniz”, “Anadır arzulara hər zaman Qarabağ” və iki ölkənin
digər mahnıları
böyük coşqu ilə ifa edildi.
Gecənin sonunda isə bütün ifaçılar
birlikdə “Gəlmişik,
Şuşa!” (söz:
Vahid Əziz, musiqi: Xanım İsmayılqızı) mahnısını
səsləndirdilər. Musiqiçilərin çıxışı böyük
alqışlarla qarşılandı.
Konsertdə solistləri Əməkdar
artist, tarzən Əliağa
Sədiyevin rəhbərliyi
ilə “Xarıbülbül”
muğam qrupu müşayiət edirdi.
Xatırladaq ki, Azərbaycan
və Türkiyənin
tanınmış sənətçiləri
oktyabrın 29-da “Qardaşlıq
salnaməsi” adlı konsert proqramı ilə mədəniyyət
paytaxtımız Şuşa şəhərində
də çıxış
ediblər.
Nurəddin
Mədəniyyət.- 2022.- 2
noyabr.- S.3.