“Təki Vətən yaşasın!”
Göyçay rayon Heydər Əliyev Mərkəzində “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə “Təki Vətən yaşasın!” adlı tədbir keçirilib.
Rayon ictimaiyyəti nümayəndələri, tələbə gənclər, şəhid ailələri və qazilərin iştirak etdikləri tədbirdə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə, rayon icra hakimiyyəti başçısının müavini Zivər Zeynalova Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbədən söz açıblar.
Vətən müharibəsi qazisi, baş leytenant Rövşən Maqsudov, şəhid polkovnik-leytenant Vidadi Xəlilovun anası Əminə Xəlilova, şəhid Kərimli Orxanın atası Akif Kərimov sanlı Zəfər tariximizi, milli vətənpərvərliyi təbliğ edən bu cür tədbirlərin əhəmiyyətindən bəhs ediblər. Vurğulanıb ki, Vətən uğrunda canlarından keçən igidlərin xatirəsini gənc nəsil həm də əməllərində yaşatmalıdır.
Əməkdar artist Ağalar Bayramovun söylədiyi vətənpərvərlik ruhlu şeirlər, Dövlət Sərhəd Xidməti Nümunəvi Hərbi Orkestrinin solisti, Əməkdar artist Tural Ağasiyevin və vokalçı Atəş Qarayevin ifasında musiqilər alqışlarla qarşılanıb.
Mədəniyyət.- 2022.- 4
noyabr.- S.4.