Mədəni irsin qorunmasının
aktual problemləri
“Şuşa
İli” çərçivəsində
ADMİU-da beynəlxalq
konfrans
Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət
Universitetində (ADMİU) “Şuşa İli” çərçivəsində “Mədəni irsin qorunmasının aktual problemləri” mövzusunda
beynəlxalq elmi-praktik
konfrans keçirilib.
Konfransda
açılış nitqi
söyləyən ADMİU-nun rektoru, professor Ceyran Mahmudova Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın mədəni
irsə xüsusi diqqət və qayğısını qeyd
edib. Rektor konfransa xarici
ölkələrdən alimlərin
də onlayn qatılaraq müxtəlif
mövzularda məruzələrlə
çıxış edəcəklərini
diqqətə çatdırıb.
Milli Məclisin
Mədəniyyət komitəsinin
sədri Qənirə
Paşayeva konfransın
əhəmiyyətini vurğulayıb. Deyib ki, biz mədəni irsin dağıdılması,
mədəni irsə böyük zərər verilməsi və ona qarşı vandalizmin həyata keçirilməsini yaşamış
xalqın nümayəndələriyik:
“Ermənilər Azərbaycanın
mədəni irsini həm dağıtmaqla, həm də oğurlamaq və özününküləşdirməklə
ona böyük zərər vurublar. Uzun illərdir ermənilərin bu əməllərinə qarşı
mübarizə aparırıq...”.
Beynəlxalq Türk Mədəniyyəti
və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva bildirib ki, tarixi
və mədəni irs hər
bir xalq üçün özünüdərk
məktəbidir: “Mədəni
irs öncəki nəsillərdən bizlərə
gəlib çıxan
qiymətli xəzinədir,
keçmişlə bu
gün arasında əlaqədir. Xalqa aid olan dəyərlərin
məcmusudur. Mədəni
irs təkcə
gözlə gördüyümüz,
toxuna bildiyimiz abidələrdən ibarət
deyil. O həm də keçmişimizin,
kimliyimizin və mənəviyyatımızın güzgüsüdür”, – deyə
qeyd edib.
Beynəlxalq Türk Mədəniyyəti
və İrsi Fondunun layihələrindən
də bəhs edən G.Əfəndiyeva Türk dünyasının
müxtəlif ali təhsil müəssisələri ilə
əməkdaşlıq memorandumları
imzaladıqlarını deyib,
bu kontekstdə
ADMİU ilə də
əməkdaşlıqdan məmnunluğunu
bildirib.
Elm və təhsil
nazirinin müşaviri
Nicat Məmmədli, Türk Dünyası Akademiyasının prezidenti
Mehmet Yüce və digər çıxış edənlər
konfransın aktual mövzuya həsr olunduğunu söyləyiblər.
Konfransa
onlayn qatılan A.İ.Gertsen adına Rusiya Dövlət Pedaqoji Universitetinin (Sankt-Peterburq) professoru Olqa Sapanca, B.B.Borodikov
adına Kalmıkiya Dövlət Universitetinin dosenti Ellara Omakayeva, türkiyəli dosent Süleyman Kaan Yalçın, Özbəkistanın Yodju
Texniki Universitetinin müəllimi Mahinur Maksumova, Kəmaləddin Behzad adına Milli İncəsənət
və Dizayn İnstitutundan Gülrano Orifjanova və digərləri mövzu ətrafında məruzələrlə
çıxış ediblər.
Beynəlxalq konfrans işini
“Qarabağın itirilmiş
mədəni irsinin geri qaytarılması problemləri”, “Mədəni
irsin identifikasiyası,
inventarlaşdırılması və rəqəmsallaşdırılması”,
“Qeyri-maddi mədəni
irsin aktuallaşdırılması”,
“Mədəni irs – turizmin inkişafının
potensial obyekti kimi”, “Mədəni irsin qorunmasının normativ-hüquqi mexanizmləri”
bölmələri üzrə
davam etdirib. Bölmə
iclaslarında yerli və xarici
alimlərin mövzu ilə bağlı məruzələri
dinlənilib.
Mədəniyyət.- 2022.- 4
noyabr.- S.7.