Finlandiya ölkəmizlə arxiv işi sahəsində
əməkdaşlığa maraq göstərir
Noyabrın 2-də Finlandiyanın Azərbaycandakı səfiri xanım Kirsti Narine Milli Arxiv İdarəsində olub.
Milli Arxiv İdarəsindən bildirilib ki, səfirliyin təşəbbüsü ilə keçirilən görüş zamanı iki ölkə arasında arxiv işi üzrə əməkdaşlığın perspektivləri müzakirə olunub.
İdarənin rəisi Əsgər Rəsulov Finlandiya ilə Azərbaycan arxivləri arasında qarşılıqlı təcrübə mübadiləsi proqramlarının icrasını məmnunluqla qeyd edib.
Azərbaycan arxivləri ilə əlaqələrin davamlı xarakter almasının müvafiq strukturların gələcək fəaliyyətində önəmli rol oynayacağını bildirən xanım diplomat əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.
Görüşdə iki ölkənin arxiv işi üzrə qurumlarının konkret əməkdaşlıq istiqamətləri,
birgə layihələrin reallaşdırılması, bu sahədə beynəlxalq tendensiyalar
və qarşılıqlı maraq doğuran digər məsələlər barədə
fikir mübadiləsi aparılıb.
Mədəniyyət.- 2022.- 4
noyabr.- S.6.