Musiqi Mədəniyyəti Dövlət
Muzeyində Zəfər Günü
münasibətilə konsert
Noyabrın 3-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Zəfər Günü münasibətilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açıb.
Sonra bəstəkar, Əməkdar incəsənət xadimi Məmmədağa Umudovun 44 günlük müharibədə Qələbəyə həsr etdiyi “Qarabağa yürüş” simfonik əsərinin lent yazısı təqdim olunub.
Muzeyin elmi işçisi Azər Həsənov, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xatirə Həsənzadə Vətən müharibəsində şanlı Zəfər haqqında çıxış ediblər.
Daha sonra Bakı Musiqi
Akademiyasının İxtisas fortepiano kafedrasının müəllimləri
– Xalq artistləri Ülviyyə Hacıbəyova,
Yeganə Axundova, eləcə də dosent Nərgiz Salmanlı, Sevda
Məmmədli, Zərif Kərimova, Nəzakət Rimazi, Könül Hüseynova və Afaq
Rüstəmovanın tələbələrinin ifalarında
Azərbaycan bəstəkarlarının əsərlərindən
ibarət konsert proqramı təqdim olunu
Mədəniyyət.- 2022.- 4
noyabr.- S.2.