“Zəfər – 44” uşaq rəsm müsabiqəsinin yekun sərgisi açılıb

 

Xəbər verdiyimiz kimi, bu ilin sentyabrında Mədəniyyət Nazirliyi, Elm və Təhsil  Nazirliyi, “Azərbaycan TeleviziyaRadio Verilişləri” QSC, Azərbaycan Rəssamlar İttifaqı və Xətai Rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Zəfər – 44” adlı uşaq rəsm yaradıcılıq turniri elan olunmuşdu.

Noyabrın 2-də Xətai Sənət Mərkəzində yaradıcılıq turnirinin yekun sərgisi açılıb.

İki gün davam edən sərgidə Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm tarixi Zəfərə həsr olunan əsərlər nümayiş olunub.

Xatırladaq ki, rəsm yaradıcılıq turnirinə 10-21 yaş arası olan uşaq, yeniyetmə və gənclər qatılıb. Ümumilikdə 500-dən çox iştirakçı arasından 44 rəsm əsəri  müəlliflərin yaşı da nəzərə alınaraq seçilibyekun sərgi üçün təqdim olunub.

Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov çıxış edərək bütün iştirakçıları sərgi münasibətilə təbrik edib.

Xalq rəssamı Arif Hüseynov, Xətai Rayon İcra Hakimiyyətinin əməkdaşı Pənah İmanov, Azərbaycan Dövlət Rəsm Qalereyasının Muzeyekspozisiya şöbəsinin müdiri Elçin Hüseynli, qalereyanın böyük elmi işçisi, sənətşünas Ziyarət Cabarova öz ürək sözlərini bölüşüblər.

Qeyd edilib ki, sərgidə nümayiş olunan əsərlər müxtəlif texnika və ölçülərdə ərsəyə gətirilib.

Sonda sərgi iştirakçılarına sertifikatlar və hədiyyələr təqdim olunub.

 

Mədəniyyət.- 2022.- 4 noyabr.- S.3.