Tarixi tikililərə
mühafizə lövhəsi vurulur
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tarix-mədəniyyət abidələrinin üzərinə mühafizə lövhələrinin vurulması ilə bağlı yeni layihəyə başlayıb.
Dövlət Xidmətindən bildirilib ki, layihə çərçivəsində ilkin olaraq Səbail rayonunda yerləşən 252 tarix-memarlıq abidəsinə mühafizə lövhələri vurulacaq. Azadlıq prospekti, Üzeyir Hacıbəyli, Zərifə Əliyeva və Səməd Vurğun küçələrində yerləşən tarixi abidələrə mühafizə lövhələrinin vurulmasına başlanılıb.
Mühafizə lövhələrinin vurulması Dövlət Xidmətinin Bakı Regional İdarəsi və Səbail Rayon İcra Hakimiyyətinin müvafiq strukturları tərəfindən təmin edilir.
Layihə çərçivəsində həm
Bakıda, həm də regionlarda yerləşən
tarix-mədəniyyət abidələrinə yeni
mühafizə lövhəsinin vurulması nəzərdə tutulur.
Mədəniyyət.- 2022.- 4
noyabr.- S.3.