“Qızıl naruğrunda yarış

 

XIII Bakı Beynəlxalq Qısa Filmlər Festivalında 30-dan çox ölkə təmsil olunur

 

 

11-15 noyabr tarixində Nizami Kino Mərkəzində XIII Bakı Beynəlxalq Qısa Filmlər Festivalı keçiriləcək.

Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festival Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə keçirilir.

Bu il festivala 79 ölkədən 814 film qatılıb. Onlardan 91 film müsabiqəyə təqdim edilib. Seçim komissiyasının qərarına əsasən, 32 film festivalın beynəlxalq, 40 film isə yerli müsabiqəsində iştirak hüququ qazanıb. Bu filmlər festivalın əsas mükafatı – “Qızıl naruğrunda yarışacaqlar.

Builki festivaldaAsiya istedadlarıadlı müsabiqə proqramı nəzərdə tutulub. Yalnız Asiya ölkələrinin bədii filmlərinin yarışdığı müsabiqədə on film yer alır.

Mobil telefonla çəkilən filmlərdən ibarətCinemobilmüsabiqəsində isə 4 film yarışacaq. Onlayn keçiriləcək müsabiqənin qalibini tamaşaçılar seçəcək.

Festivalın müsabiqədənkənar maraqlı bölmələri var. “British Council”la əməkdaşlığın nəticəsi olaraq festival çərçivəsində Britaniya Kino Televiziya Sənətləri Akademiyası tərəfindən verilən məşhur mükafatın – “Baftanamizədlərinin xüsusi təqdimatı olacaq.

Dili bizimmüsabiqə proqramı Bakı Beynəlxalq Qısa Filmlər Festivalının nümayiş xarakterli proqramıdır. Burada dünyanın müxtəlif ölkələrində yaşayan həmyerlilərimizin Azərbaycan dilində çəkdikləri filmlər nümayiş olunur.

Festivalın filmləri 5 gün müddətində Nizami Kino Mərkəzində nümayiş olunacaq. Eyni zamanda festival çərçivəsində noyabrın 13-də türkiyəli prodüser Əmrah Kılıç tərəfindən ustad dərsi keçiriləcək. Qaliblərin mükafatlandırılması mərasimi noyabrın 15-də eyni məkanda olacaq.

 

Mədəniyyət.- 2022.- 11 noyabr.- S.2.