Bursada kino əməkdaşlığı da müzakirə edilib

 

 

Xəbər verdiyimiz kimi, 1-5 noyabr tarixində Türkiyənin Bursa şəhərində keçirilən II Dədə Qorqud Türk Dünyası Film Festivalında Azərbaycan da geniş heyətlə təmsil olunub.

Festival çərçivəsində noyabrın 4-də “Türk dünyası Kino zirvəsi” keçirilib. Tədbirdə Azərbaycan Mədəniyyət Nazirliyi Audiovizualinteraktiv media şöbəsinin müdiri Rüfət Həsənov iştirakçıları ölkəmizin kino sektorundakı yeniliklərlə tanış edib. O, Mədəniyyət Nazirliyinin dəstəyi və Türkiyənin “Bozdağfilm şirkətinin iştirakı ilə birgə istehsalatda olan Vətən müharibəsi haqqında 8 bölümlük serial, Özbəkistanla müştərək nəzərdə tutulmuşMolla Nəsrəddin və ya çətin günlərimin dostu” bədii film layihələri haqqında məlumat verib. Sonra Azərbaycan Film Komissiyası – “Filming Azerbaijan” haqqında videoçarx nümayiş olunub.

Türkdilli ölkələrin kinematoqrafçıları film layihələrini təqdim ediblər. Azərbaycandan rejissorprodüser Elməddin Alıyev “Nargin” bədii-sənədli film layihəsinin, Ramil Ələkbərov “Qarabağfutbol klubu haqqında “30 mövsüm səfərdə” adlı 3 seriyalı sənədli film layihəsinin təqdimatını keçirib.

Tədbirdə həmçinin gələn il 100 ili tamam olacaq “Azərbaycanfilm” Kinostudiyası haqqında məlumat verilib, videoçarx nümayiş olunub.

Noyabrın 5-də Azərbaycan Mədəniyyət Nazirliyi Audiovizualinteraktiv media şöbəsinin müdiri Rüfət Həsənovla Türkiyənin “Bozdağfilm şirkətinin nümayəndələri arasında görüş keçirilib. Görüşdə “Bozdağ”ın iştirakı ilə çəkiləcək, şərti adı “Vətən müharibəsi” olan çoxseriyalı filmlə bağlı müzakirə aparılıb.

 

Mədəniyyət.- 2022.- 11 noyabr.- S.3.