Madriddə “Şuşa İli” çərçivəsində muğam axşamı

 

Şuşa İli” çərçivəsində Azərbaycanın İspaniyadakı Səfirliyinin və Xan Şuşinski Fondunun birgə təşkilatçılığı ilə Madrid şəhərində Azərbaycan muğamı konserti təşkil edilib.

Tədbirdə çıxış edən Azərbaycanın İspaniyada səfiri Ramiz Həsənov 2020-ci ilin 8 noyabrında erməni işğalından azad edilən Şuşa şəhərinin Azərbaycan tarixindəki müstəsna yerindən söz açıb. Diqqətə çatdırıb ki, Qarabağ xanı Pənahəli xan tərəfindən əsası qoyulan Şuşa şəhərinin bu il 270 yaşı tamam olur. Şuşanın Azərbaycan xalqı üçün tarixi əhəmiyyəti, yüksək mədəni-mənəvi dəyəri nəzərə alınaraq, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə 2022-ci ilŞuşa İlielan edilib.

Səfir Ramiz Həsənov, eyni zamanda 9 noyabrın Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunduğunu bildirərək, həmvətənlərimizi təbrik edib.

Muğam konsertində Xalq artisti, xanəndə Mənsum İbrahimovun rəhbərliyi ilə “Qarabağmuğam qrupunun (tarXalq artisti Elçin Həşimov, kamança – Əməkdar artist Elnur Əhmədov, nağara – Əməkdar artist Kamran Kərimov) ifasında Azərbaycan muğamları, xalq mahnılarımız təqdim olunub.

Tədbir çərçivəsində qonaqlara Azərbaycan muğamlarının təbliği ilə bağlı İspaniyadakı səfirliyimiz tərəfindən hazırlanmış bukletlər, habelə İspaniyanın Dövlət PoçtTeleqraf Cəmiyyəti tərəfindən nəşr olunmuş və “Şuşa İli”nə həsr edilmiş xüsusi poçt markaları paylanıb.

 

Mədəniyyət.- 2022.- 11 noyabr.- S.2.