İstanbuldaQarabağ zəfəri”

 

İstanbul Beykoz Bələdiyyəsinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr edilmişQarabağ zəfəri” adlı fotosərgi keçirilib.

Fotosərginin açılışında Beykoz Bələdiyyəsinin başqanı Murat Aydın, ölkəmizin İstanbuldakı konsulu Zaur Allahverdizadə, Azərbaycan Mədəniyyət Nazirliyi Strateji inkişaf və layihələrin idarə edilməsi şöbəsinin baş məsləhətçisi Eldəniz Ağayev, Azərbaycan İslahatçı Gənclər İctimai Birliyinin prezidenti Fərid Şahbazlı, Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova, həmçinin Azərbaycandan bir sıra mediaictimai təşkilatın nümayəndələri iştirak ediblər.

Sərgi ilə tanışlıqdan sonra plenar iclas keçirilib. İclasda Türkiyə-Azərbaycan arasında əməkdaşlıq qardaşlıq əlaqələrindən bəhs olunub. Diqqətə çatdırılıb ki, 2021-ci ilin 11 oktyabrında İstanbulun Beykoz rayonuyla Bərdə şəhərinin qardaşlaşması ilə bağlı protokol imzalanıb.

Tədbir konsert proqramı ilə sona çatıb.

 

Mədəniyyət.- 2022.- 11 noyabr.- S.2.