“Sən qalibsən, Azərbaycan!”

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin nəzdindəki Mədəni Tədbirlərin Təşkili və Yaradıcı Gənclərlə İş üzrə Mərkəzin və Mərdəkan Mədəniyyət Sarayının birgə təşkilatçılığı ilə Zəfər bayramına həsr olunmuş “Sən qalibsən, Azərbaycan!” adlı musiqili tədbir keçirilib.

Tədbirdə qazilər, şəhid anaları, N saylı hərbi hissənin əsgər və zabit heyəti, Xəzər rayonu ictimaiyyəti iştirak ediblər. Aparıcılar Səmray Əliyeva və Elgün Əliyev qonaqları salamlayıb, Zəfər bayramı münasibətilə hər kəsi təbrik ediblər.

Baş İdarənin rəisi İbrahim Əliyev xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən tarixi Zəfərdən söz açıb.

Tədbir konsert proqramı ilə davam edib. Mədəniyyət evininLalələr”, “Mələklər”, “Azad” rəqs qruplarının çıxışları maraqla qarşılanıb. Vətən müharibəsinin qazisi Məbud Əhmədovun, “Zəfərqrupunun, gənc müğənnilər Vüsal Hacıyev Rilayə Hüseynzadənin ifaları konsertə rəng qatıb.

 

 

Mədəniyyət.- 2022.- 11 noyabr.- S.3.