Sumqayıtda “Qarabağın tacı – Şuşa

 

 

Sumqayıt RMİ və Sumqayıt Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə şəhər Heydər Əliyev Mərkəzində “Qarabağın tacı – Şuşa” adlı peşəkar rəssam və dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi təşkil edilib.

Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov, Milli Məclisin deputatı Müşfiq Məmmədli, Sumqayıt RMİ-nin rəisi Rəşad Əliyev və digərləri çıxış edərək Şuşa şəhərinin Azərbaycan xalqının düşüncəsində, milli məfkurəmizdə önəmli yerə malik olmasını vurğulayıb, mədəniyyət paytaxtımıza həsr olunan belə sərgilərin əhəmiyyətini bildiriblər.

Bədii hissədə Milli Konservatoriyanın nəzdində fəaliyyət göstərən Sumqayıt Musiqi Kollecinin müəllimləri Könül Bəkirova və Şəms Əliyevanın rəhbərliyi ilə kamera ansamblının kollektiviŞuşa Mədəniyyət evi nəzdindəki “Buta” rəqs qrupu (Türkanə Bayramovanın rəhbərliyi ilə) musiqi nömrələri ilə çıxış ediblər.

Sərgidə Sumqayıt, Şuşa və Xızıdan olan ümumilikdə 33 sənətkarın 100-dən çox rəsm, əl işi nümayiş olunub.

 

Mədəniyyət.- 2022.- 16 noyabr.- S.4.