“Qərbi Zəngəzur:əsirlikdə olan Azərbaycan abidələri”

 

Rəsm müsabiqəsinin sərgisi

 

Noyabrın 14-də “NUR Art House” qalereyasında “Qərbi Zəngəzur: əsirlikdə olan Azərbaycan abidələri” adlı sərgi açılıb. Sərgi QHT-lərə Dövlət Dəstəyi Agentliyinin yardımı ilə “Müasir Yaradıcılığa Dəstək” İctimai Birliyi və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin keçirdiyi eyniadlı rəsm müsabiqəsinin yekunu olaraq təşkil edilib.

Tədbirdə Milli Məclisin deputatları Musa UrudArzu Nağıyev çıxış ediblər. Millət vəkilləri Qarabağ və Şərqi Zəngəzurun otuzillik işğaldan azad edilməsindən sonra xalqımızın tarixi-mədəni irsinə həsr olunan belə layihələrin əhəmiyyətini vurğulayıblar.

Müasir Yaradıcılığa Dəstək” İctimai Birliyinin sədri Nurlana Hacıyeva layihə barədə məlumat verib.

Bildirib ki, tarixi Azərbaycan torpaqları olan hazırkı Ermənistan ərazisində xalqımıza məxsus minlərlə tarixi-memarlıq abidəsi olub, amma onların əksəriyyəti vəhşicəsinə dağıdılaraq məhv edilib. Bu abidələrin bir çoxu haqda heç bir görüntü də qalmayıb. Təqdim olunan sərgidə həmin tarixi abidələrimizlə bağlı müsabiqə iştirakçılarının – uşaq və yeniyetmələrin çəkdikləri rəsmlər nümayiş olunur.

 

Mədəniyyət.- 2022.- 16 noyabr.- S.4.