“Fikrət Əmirov – 100” musiqi festivalı Gəncədə də keçirilir

 

Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyi tərəfindən 11-23 noyabr tarixində “Fikrət Əmirov – 100” musiqi festivalı keçirilir.

Festival çərçivəsində F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Azərbaycan Dövlət Akademik OperaBalet Teatrı tərəfindən bəstəkarın “Sevil” operasının tamaşası nümayiş etdirilib.

Tamaşanı Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki baş konsulu Zeki Öztürk, Gəncə RMİ-nin rəisi Vasif Cənnətov, şəhər ictimaiyyətinin nümayəndələri və başqa qonaqlar izləyiblər.

Səhnə əsərinin bədii rəhbəri Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli, dirijoru Dirijorların Antal Dorati adına beynəlxalq müsabiqəsinin laureatı Orxan Həşimov, rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, rəssamı Xalq rəssamı Tahir Tahirov, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, baletmeysteri Əməkdar incəsənət xadimi Yulana Əlikişizadə, konsertmeysteri isə Nüşabə İsadır.

Rolları Xalq artisti Azər Zeynalov, Əməkdar artistlər İnarə BabayevaTural Ağasıyev, həmçinin Fatimə Cəfərzadə, Nina Makarova, Taleh Yahyayev, Urfan Cəfərov, Fəhmin Əhmədli, Esmira Məmmədova və Nəzər Bəylərov ifa ediblər.

 

Mədəniyyət.- 2022.- 16 noyabr.- S.4.