PaytaxtdaGürcü əfsanəsi”

 

Noyabrın 18-də Azərbaycan ilə Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi tamam olur.

Bu münasibətlə Gürcüstanın “Erisioni” ansamblı Bakıda konsert proqramı ilə çıxış edəcək. Kollektiv noyabrın 19-da saat 19:00-da Heydər Əliyev Sarayında Gürcüstan Mədəniyyət, İdman və Gənclər Nazirliyi və Azərbaycanın Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə “Gürcü əfsanəsi” adlı konsert təqdim edəcək.

Ansambl Bakı konsertində qədim gürcü rəqsləri ilə tamaşaçıların qarşısına çıxacaq.

1885-ci ildə yaradılmış “Erisioni” ansamblı təkcə Gürcüstanda deyil, onun hüdudlarından kənarda da geniş şöhrət qazanıb. Ansambl konsertlərində gürcü xalq mahnı və rəqsləri vasitəsilə ölkəsinin etnik-mədəni dəyərlərini nümayiş etdirir.

Qeyd edək ki, gürcü kollektivi müxtəlif illərdə ölkəmizdə keçirilmiş “İpək Yolu” Beynəlxalq Musiqi Festivalının iştirakçısı olub.

 

Mədəniyyət.- 2022.- 16 noyabr.- S.2.