Xan qızı” sənədli filminin təqdimatı

 

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Mədəniyyətin və Milli Ənənələrin Təbliği” İctimai Birliyi tərəfindən həyata keçirilən layihə çərçivəsində Azərbaycanın görkəmli şairə və xeyriyyəçisi Xurşidbanu Natəvanın 190 illiyi münasibətilə “Xan qızı” (Azərbaycan və ingilis dillərində) sənədli filmi çəkilib.

Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində bununla bağlı təqdimat keçirilib. “Mədəniyyətin və Milli Ənənələrin Təbliği” İctimai Birliyinin sədri, layihənin rəhbəri Etibar Məmmədov qeyd edib ki, sənədli film haqqında məlumat verib.

SonraXan qızı” filminin Azərbaycan versiyasına baxış keçirilib. İctimai birliyin sədr müavini Büllur Məmmədova bildirib ki, “Xan qızı” sənədli filminin ingilis dilində olan versiyası üzərində yekunlaşmaq üzrədir.

Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı, Xan qızı Natəvan mükafatı laureatı Fəridə Hicran çıxış edərək layihənin əhəmiyyətindən söz açıblar.

 

Mədəniyyət.- 2022.- 16 noyabr.- S.3.