Bakıda caz havası...

 

 

Bakı Caz Festivalı – 2022” altı gün davam edəcək

 

Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşan ənənəvi Bakı Caz Festivalı bu il noyabr ayında keçilir. Noyabrın 15-dən 20-dək davam edəcək “Bakı Caz Festivalı – 2022” zəngin proqramı ilə tanınmış ifaçıları, dünya caz ulduzlarını sənətsevərlərlə görüşdürəcək.

Bu, ilk növbədə, “Grammy” mükafatı laureatı, isveçrəli ifaçı Qreqori Maretdir. Noyabrın 15-də, festivalın konsertində Qreqori Maret Azərbaycan musiqiçiləri ilə birgə çıxış edib. Layihədə Azərbaycanı gənc pianoçu Elbəy Məmmədzadə təmsil edib.

Qeyd edək ki, “Paşa Holdinqin baş sponsorluğu ilə keçirilən “Bakı Caz Festivalı – 2022”nin açılış konserti ADA Universitetində olub.

Noyabrın 16-da “Hypnoze Clubda braziliyalı musiqiçi Eloiza Lourenso çıxış edəcək. Festival günləri hollandiyalı virtuoz pianoçu Mayk Del Ferronun, İsraildən Yogef Şetrit qrupunun, alman eksperimental caz vokalçısı Mixael Şifelinin qrupunun konsertləri ilə davam edəcək.

17-20 noyabrda konsertlər Beynəlxalq Muğam Mərkəzində gerçəkləşəcək.

“Bakı Caz Festivalı – 2022”nin proqramına əfsanəvi Kenni Uilerin yeniSweet Time Suite” tamaşasının solisti seçilmiş gitaraçı Federiko Kasaqrandetruba ifaçısı Fulvio Siqurtanın italyan dueti (“Madrid Restobar”) yekun vuracaq.

Festival çərçivəsində noyabrın 17-də gənc caz ifaçıları üçün illik “I am Jazzman” müsabiqəsinin ikinci turu, noyabrın 19-da Beynəlxalq Muğam Mərkəzində müsabiqənin qaliblərinin mükafatlandırılması və “Ekalogicin yekun konserti keçiriləcək.

Bakı Caz Festivalı ənənəvi olaraq öz pərəstişkarlarına geniş proqram təqdim edir, konsertlərdən əlavə, incəsənət sərgiləri və caz mövzulu kino günləri təşkil olunur. Noyabrın 17-də “QGallery”də “Dancing Jazz” sərgisinin açılışı nəzərdə tutulub.

Həmin gün “YARAT” Müasir İncəsənət Mərkəzində caz əfsanəsi Maylz Devis haqqında filmin təqdimatı da olacaq.

 

Mədəniyyət.- 2022.- 16 noyabr.- S.1;2.