Bakıda beynəlxalq qısa filmlər festivalı keçirilib

 

Xəbər verdiyimiz kimi, 11-15 noyabr tarixində Mədəniyyət Nazirliyinin dəstəyi Gənc Kinematoqrafçılar Mərkəzinin layihəsi ilə XIII Bakı Beynəlxalq Qısa Filmlər Festivalı (BBQFF) keçirilib.

Nizami Kino Mərkəzində keçirilən festivalın proqramına 72 film daxil edilib. BBQFF-nin direktoru, Gənc Kinematoqrafçılar Mərkəzinin sədri Fehruz Şamıyevin bildirdiyinə görə, 32 film festivalın beynəlxalq, 40 film isə yerli müsabiqəsində iştirak edib.

Festivalın işinə uğurlar arzulayan Mədəniyyət Nazirliyi Audiovizual interaktiv media şöbəsinin müdiri Rüfət Həsənov ümidvar olduğunu bildirib ki, kinosevərlər bir-birindən maraqlı rəngarəng filmləri seyr edəcəklər.

Festivalın beynəlxalq münsiflər heyətində gürcü rejissorprodüser Georgi Ovaşvili, Kazan Beynəlxalq Müsəlman Kinosu Festivalının seçim komissiyasının üzvü kimi fəaliyyət göstərmiş Adilə XaybullinaBoğaziçi Film Festivalının bədii rəhbəri olmuş türkiyəli prodüser Əmrah Kılıç yer alıb.

Yerli müsabiqə üzrə filmləri isə rejissor Mirsadıq Ağazadə, yazıçı-publisist, Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, rejissor Əli İsa Cabbarovşair-publisist Qismət Rüstəmov dəyərləndiriblər.

Builki festivalın “Asiya istedadları” adlı xüsusi müsabiqə proqramında qalibləri kino tənqidçisi Aliyə Dadaşova və Əməkdar rəssam Rəşad Ələkbərzadə seçiblər.

Festivalın müsabiqədənkənar bölməsində müxtəlif təqdimatlar, o cümlədən “British Councilla əməkdaşlğın nəticəsi olaraq Britaniya KinoTeleviziya Sənətləri Akademiyası – BAFTA mükafatı namizədlərinin xüsusi təqdimatı yer almışdı. Festival çərçivəsində türkiyəli prodüser Əmrah Kılıç tərəfindən ustad dərsi keçirilib

Noyabrın 15-də Nizami Kino Mərkəzində festivalın bağlanışı və müxtəlif nominasiyalar üzrə qaliblərə “Qızıl nar” mükafatlarının təqdim edilməsi mərasimi olub. XIII BBQFF-nin yekunları barədə növbəti sayımızda.

 

Mədəniyyət.- 2022.- 16 noyabr.- S.3.