Şəkidə dahi bəstəkarın
yubiley tədbiri
Şəki RMİ Şəki şəhər 4 nömrəli Uşaq musiqi məktəbində dahi bəstəkar Fikrət Əmirovun 100 illiyi münasibətilə tədbir keçirilib.
Məktəbin müəllimi Solmaz Azaqova bəstəkarın həyat və yaradıcılığı barədə danışıb.
Bədii hissədə məktəbin müəllim və şagirdlərinin ifasında bəstəkarın əsərləri səsləndirilib.
Sonda məktəbin direktoru vəzifəsini müvəqqəti icra edən Sevil Rəsulova
Fikrət Əmirovun yaradıcılığı ilə
bağlı fikirlərini bildirib. Diqqətə çatdırılıb ki, Prezident İlham
Əliyev Azərbaycan musiqi mədəniyyətinin
inkişafında xüsusi xidmətləri
olan görkəmli bəstəkar Fikrət
Əmirovun 100 illik yubileyinin
qeyd olunması ilə bağlı 2022-ci il martın 15-də sərəncam
imzalayıb. Vurğulanıb ki,
görkəmli bəstəkarın zəngin irsi
Azərbaycan musiqi sənəti salnaməsinin
ən parlaq səhifələrindəndir.
Mədəniyyət.- 2022.- 18
noyabr.- S.4.